Portuqaliya millisində İTKİ
07.12.2022 - 23:27
Portuqaliya millisində İTKİ

Portuqaliya millisinin yarımmüdafiəçisi Danilu Pereyra zədə səbəbindən dünya çempionatında daha oynamayacaq.

Apasport.az xəbər verir ki, o, reabilitasiyadan keçəcəyi PSJ-nin olduğu yerə qayıdacaq.

Daha əvvəl zədə səbəbindən Portuqaliya millisi və PSJ-nin daha bir futbolçusu Nunu Mendeş turnirdən kənarda qalıb.

Qeyd edək ki, 31 yaşlı Qvineya-Bissaudan olan Danilu Pereyra dünya çempionatında cəmi 1 görüş keçirə bilib. O, Qana ilə matçda meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0