Premyer Liqa klubu ağır cəzalandı
18.03.2024 - 19:43
Premyer Liqa klubu ağır cəzalandı

İngiltərə Premyer Liqasında çıxış edən "Nottingem Forest" klubu cəzalanıb.

Apasport.az xəbər verir ki, elita təmsilçisinin aktivindən 4 xal silinib. Buna səbəb "meşəbəylilər"in maliyyə feyr-pley qaydalarını pozması olub. Bu barədə qərarı İngiltərə Futbol Federasiyası verib.

Qeyd edək ki, "qırmızılar"ın bunadək 25 xalı var idi. Xallarının sayı 21-ə düşən klub hazırda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0