"Qalatasaray" derbidə əzəli rəqibinə "toy tutdu"
08.01.2023 - 22:31
"Qalatasaray" derbidə əzəli rəqibinə "toy tutdu"

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

Apasport.az xəbər verir ki, "Fənərbağça" XVII turda "Qalatasaray"ı qəbul edib. 

"Ülkər" stadionunda keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Serjiu Oliveyra (32), Kərəm Aktürkoğlu (78) və Mauro İkardi (90+10) qol müəllifi olublar

Bununla da "Qalatasaray" xalını 39-a yüksəldib və ən yaxın izləyicisi olan "Fənərbağça"nı 4 xal qabaqlayıb.

writer photo
Əlirza Əlirzalı
0