Sensasiyaya mərc və ya proqnozuna PEŞMAN OLANLAR
24.11.2022 - 00:00
Sensasiyaya mərc və ya proqnozuna PEŞMAN OLANLAR

DÇ-2022-nin startı ilə bukmeker kontorlarına axın daha da artıb.

Apasport.az saytının məlumatına görə, dünyanın hər yerində mundialla bağlı rəngarəng proqnozlar verilir.

Əksər betterlər ehtiyatlı və düşünülmüş mərclərə üstünlük verirsə, sensasiya axtarışında olanlar da riskə ehtiyac duyub. Belələrindən ikisi artıq proqnozuna peşman da olub.

Avstraliyanın zədəlilərin çoxluğundan əziyyət çəkən Fransanı məğlub edəcəyini gözləyənlər yanılıb. Onlardan biri “yaşıl qitə” təmsilçisinin qələbəsi 12 əmsala bərabər olanda 700 dollarla risk edib və 8400 dollar qazanmaq xəyalı ilə yaşayıb. Həm onun, həm də 10 əmsala 500 dollar qoyaraq 5 min uduşa ümid edən digər betterin arzularının üstündən Olivye Jiru, Kilian Mbappe və Adrien Rabyonun qolları xətt çəkib. 4:1 hesablı əzmkar qələbə fransalılara 3 xal, bukmeker kontorlarına isə təkcə bu iki müştəridən 1200 dollar qazandırıb.

Amma hələ də sensasiya gözləyənlər qalmaqdadır. Xorvatiyanın çempion tituluna sahib çıxacağına 5 min dollar mərc edən better 51 əmsalın ona gətirəcəyi 255 mini gözləyir.

İsveçrə yığmasından qızıl medal gözləyən proqnozsevər daha böyük əmsala nisbətən kiçik qoyuluş edib. 101 əmsala 1000 dollar qoyan better 101 min uduşa sevinəcəyinə ümidlidir.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0