"Sivasspor"a haqsızlıq edildiyi təsdiqləndi
03.01.2023 - 22:55
"Sivasspor"a haqsızlıq edildiyi təsdiqləndi

Türkiyə Mərkəzi Hakimlər Komitəsi "Sivasspor"un "Qalatasaray"la matçda sayılmayan qolunun yanlış verildiyini bildirib.

Apasport.az xəbər verir ki, həmin oyunda iştirak edən VAR hakimi Özgüç Türkalp bir daha oyunlara təyinat almayacaq.

Həmçinin baş hakim Ərkan Özdamar uzun müddət oyunlara təyinat almayacaq.

Qeyd edək ki, dekabrın 29-da keçirilmiş həmin matçda "Sivasspor" öz meydanında "Qalatasaray"a 1:2 uduzub. Komanda 90+9-cu dəqiqədə qırmızı vərəqə alıb. 

writer photo
Əlirza Əlirzalı
0