Türkiyə kubokunda ikinci finalçı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Başakşəhər” həlledici matçda oynamaq imkanı qazanıb.
Öz meydanında 1:0 hesabı ilə qələbə qazanan İstanbul klubu 90 dəqiqə ərzində üstünlüyünü qoruya bilməyib. “Ankaragücü” son dəqiqədə fərqlənərək iki oyunun nəticəsinə görə hesabı bərabərləşdirib. Nəticədə qalib əlavə vaxtda bəlli olub. Keninin vurduğu qolla “Başakşəhər”i finala yüksəldib.
Qeyd edək ki, “Başakşəhər” finalda “Fənərbaxça”nın rəqibi olub. Oyun iyunun 11-də İzmir şəhərində baş tutacaq.
Türkiyə kuboku
Yarımfinal, cavab matçı
“Ankaragücü” – “Başakşəhər” – 2:2 (əlavə vaxtda)
Qollar: Sove, 11. Çatzigiovanis, 90 – Gürler, 61. Keni, 109.
İlk oyun – 0:1