Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” azarkeşləri önündə “Ayaks”la qarşılaşıb.
Türkiyənin “Fənərbaxça” komandası “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Tərəflər hərəyə 1 qol vurub 1 xal qazanıblar.
“Beşiktaş” isə “Lion”un qonağı olub, “Qara qartallar” səfərdən qələbə ilə dönüb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
III tur
24 oktyabr
20:45. “Roma” (İtaliya) - “Dinamo” (Kiyev, Ukrayna) 1:0
20:45. “Ayntraxt” (Almaniya) - RFS (Latviya) 1:0
20:45. PAOK (Yunanıstan) - “Viktoriya” (Çexiya) 2:2
20:45. “Makkabi” (Tel-Əviv, İsrail) - “Real Sosyedad” (İspaniya) 1:2
20:45. “Ferentsvaroş” (Macarıstan) - “Nitsa” (Fransa) 1:0
20:45. “Qarabağ” - “Ayaks” (Niderland) 0:3
20:45. "Midtyullann" (Danimarka) - “Yunion” (Belçika) 1:0
23:00. “Portu” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya) 2:0
23:00. “Reyncers” (Şotlandiya) - FCSB (Rumıniya) 4:0
23:00. “Tottenhem” (İngiltərə) - AZ (Niderland) 1:0
23:00. “Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə) 0:1
23:00. “Fənərbaxça” (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə) 1:1
23:00. “Malmö” (İsveç) - “Olimpiakos” (Yunanıstan) 0:1
23:00. “Atletik” (İspaniya) - “Slaviya” (Çexiya) 1:0
23:00. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan) 2:0
23:00. “Tvente” (Niderland) - “Latsio” (İtaliya) 0:2