UEFA prezidenti Ukraynanın DÇ-2030-a ev sahibliyi etməsini dəyərləndirdi
21.10.2022 - 09:06
UEFA prezidenti Ukraynanın DÇ-2030-a ev sahibliyi etməsini dəyərləndirdi

UEFA prezidenti Aleksander Çeferin Ukraynanın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün İspaniya və Portuqaliya ilə birgə təklifinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı futbol funksioneri bu addımı dəstəkləyib.

Çeferin bunun maraqlı təklif olduğunu söyləyib: “Ukrayna da digər ölkələr kimi, öz töhfəsini verəcək. Neçə oyunun harada keçiriləcəyi hələ dəqiqləşdirilməyib. Lakin Ukraynanın daxil edilməsi simvolik olaraq maraqlıdır”.

Ukraynanın ev sahibləri sırasına qoşulmasına baxmayaraq, müəyyən edilmiş yol xəritəsinin dəyişməyəcəyi bildirilib. İspaniya 11, Portuqaliya isə 3 stadionunu sifariş verəcək.

writer photo
Əlirza Əlirzalı
0