DÇ-2022 ilə bağlı qeyri-adi proqnoz üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, argentinalı azarkeş Xose Mikel Palanko 7 il əvvəl Qətərdəki mundialla bağlı paylaşım edib.
O, finalın tarixi və kimin çempion olacağını 2015-ci il martın 20-də proqnozlaşdırıb: “18 dekabr 2022-ci il. 34 yaşlı Leo Messi dünya çempionatında qələbə qazanacaq və bütün zamanların ən yaxşı oyunçusu olacaq. 7 ildən sonra qayıdarsız”.
Düzdür, Xose Leonun yaşı ilə bağlı səhv edib. Hücumçu bu il 35 yaşını qeyd edib.
Amma maraqlısı odur ki, 2015-ci ilin martında yalnız DÇ-2022-nin keçiriləcəyi ölkə bilinirdi. Nə təqvim, nə də finalın tarixi bəlli idi. Palanko isə həm finalın gününü, həm də çempionun kimliyini uzaqgörənliyi ilə müəyyənləşdirib.
Argentina yarımfinal səddini keçəndən sonra postunu xatırladaq azarkeş “İnanmaq lazımdır” şərhini yazıb.
Qeyd edək ki, Xose Qətərə yollanan azarkeşlər arasında yer alıb və Argentinanın matçlarını canlı izləyib. Bu, onun iştirakçısı olduğu ardıcıl 6-cı mundialdır. DÇ-2002-də valideynləri ilə dünya çempionatına yollanan 8 yaşlı fanat artıq 20 ildir mundialları buraxmır.
- Azərbaycan yığmasının üzvü: “Məğlubiyyətimizin əsas səbəbi təcrübəsizlik oldu”
- "Mançester Siti"dən "Vest Hem"ə getdi
- Ozan Can Kökçü: “Nə danışsam, yanlış başa düşülər”
- Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"
- Azərbaycan Kubokunun finalında Aygün Kazımova çıxış edəcək