“İspaniya, Fransa, hətta İngiltərənin çox güclü heyəti var. Amma məncə, Braziliya və Argentina bir addım öndədir”.
Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın baş məşqçisi Xavi Ernandes deyib.
Dünya çempionatı ilə bağlı proqnoz verən ispaniyalı mütəxəssis DÇ-2022 üçün favoritlərinin Cənubi Amerika təmsilçiləri olduğunu söyləyib: “Argentina və Braziliya komanda olaraq çox güclüdürlər. Fərdi oyunçularla fiziki, həmçinin taktika və strategiya baxımından iki böyük komandadır. Düşünürəm ki, onlar hazırda Avropanın ən yaxşı komandalarından bir addım öndədirlər. Ancaq heç vaxt əmin ola bilməzsiniz. Hər şey mürəkkəbləşə bilər”.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək davam edəcək.