Xorvatiya millisinin məşqçisi Argentina ilə oyun zamanı qovulub
14.12.2022 - 02:23
Xorvatiya millisinin məşqçisi Argentina ilə oyun zamanı qovulub

Xorvatiya yığmasının məşqçisi Mario Mancukiç DÇ-2022-nin yarımfinalında Argentina ilə matçın ilk yarısında hakimlə mübahisə etdiyi üçün ehtiyat oyunçular skamyasından qovulub.

Apasport.az xəbər verir ki, son dünya ikincisi olan Mancukiç birinci hissədə Xorvatiya millisinin qapısına penalti təyin edildikdən sonra narazılığını emosional şəkildə bildirib. Buna görə də texniki zonadan qırmızı vərəqə ilə uzaqlaşdırılıb.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç də hakimlərlə mübahisə etsə də, yalnız sarı vərəqə alıb.

Qeyd edək ki, Xorvatiya millisi dekabrın 17-də baş tutacaq 3-cü yer uğrunda matça çıxacaq. Həmin matç zamanı Mario Mancukiç texniki zonada yer almayacaq.

writer photo
Əlirza Əlirzalı
0