Yorğun Fransa, ehtiyatlı Danimarka - PROQNOZ
03.06.2022 - 14:32
Yorğun Fransa, ehtiyatlı Danimarka - PROQNOZ

Millətlər Liqasının son qalibi Fransa yeni mövsümün ilk oyununda Danimarkanı qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, “Stad de Frans”da baş tutacaq qarşılaşma proqnozsevərlər üçün xüsusi maraq doğurur.

Rusiyalı futbol eksperti Andrey Fomenko da görüşlə bağlı düşüncələrini bölüşüb. Mütəxəssis öz təxminini dilə gətirib:

Bukmekerlər bu oyunda üstünlüyü gözlənildiyi kimi, meydan sahiblərinə verir. DÇ-2022-nin seçmə mərhələsində 10 oyunun 9-da qələbə qazanan Danimarka mundiala inamlı şəkildə yollanacaq. Qonaqlar nəzərəçarpacaq dərəcədə inkişafdadır və rəsmi oyunlarda az qol buraxır.

Fransa isə öz meydanında keçirdiyi son üç rəsmi matçda cəmi bir qol buraxıb. Danimarkalıların da etibarlı müdafiəsini nəzərə alsaq, qarşılaşmaya ALT gözü ilə baxmaq olar.

Fransa millisinin əksər liderləri klub mövsümünü yenicə başa vurub və yorğundurlar. Düşünürəm ki, Didye Deşamın kollektivi ilk görüşdən maksimum gücünü sərgiləməyəcək. Danimarka da Parisdə ehtiyatsız futbol oynamaz.

Proqnozum: ALT

writer photo
Əlirza Əlirzalı
0