Azərbaycanın 14 boks hakimi 1 ulduz kateqoriyalı beynəlxalq dərəcə alıb.
Apasport.az xəbər verir ki, Bakıda keçirilən imtahanın nəticələrinə əsasən, “Böyük İpək Yolu” çərçivəsində baş tutan sınaqda iştirak edən 17 ədalət təmsilçisindən 14-ü Beynəlxalq Boks Assosiasiyasından (İBA) müsbət cavab alıb.
Fərhad Rəhmanov, Məsməxanım Səlimova, Sərraf Səmədov, Asif Məmmədov, Nəsrəddin Məmmədov, İlqar Qasımzadə, Stanislav Krılov, Ramiz Yangəliyev, Samir Baxışov, Babaəli Səlimzadə, Şaban Şahpələngov, Famil Babayev, Eltac Əliyev və Laçın Baxışovun beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib.
Eyni vaxtda bir ölkənin 14 referisinin dərəcə alması dünya praktikasında ilklərdəndir.
- Gimnastlarımız Dünya Kubokunun finalına vəsiqə qazanıblar
- Messi və Ronaldo ilə görüşün ilkin qiyməti – 2,66 milyon dollar
- “İstərdim ki, daha aktiv, dinamik futbol olsun“ - Qurban Qurbanov
- Entoni daha bir təcavüzdə günahlandırılır: “Məni itələdi və nəticədə...”
- Rəşad Sadıqov: "Oyun başlayanda dəliyə çevrilir"