Milli komandamız beynəlxalq turnirdə mübarizə aparacaq
14.05.2024 - 17:08
Milli komandamız beynəlxalq turnirdə mübarizə aparacaq

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada beynəlxalq turnirdə mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər sırasında yer alacaq.

Yarışda final görüşləri mayın 18-də olacaq.

Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.

writer photo
Əlirza Əlirzalı
0