Avropa çempionatı: Aslan Kotsoyev gümüş medal qazanıb
07.09.2024 - 17:21
Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.
Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.
0
0