Bakı çempionları bəlli olub
31.10.2024 - 21:12
Bakı çempionları bəlli olub

Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə oktyabrın 30-31-də cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib.

Apasport.az xəbər verir ki, qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışda Bakının 33 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 212 cüdoçu medallar uğrunda mübarizə aparıb. Çempionatın ikinci günündə kişilər arasında 66 kq, 81 kq, 100 kq və +100 kq çəki dərəcələrində, qadınlar arasında isə 52 kq və 63 kq çəki dərəcələrində qaliblər bəlli olub.

Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, 2-ci yerə Cüdo Klub 2012, 3-cü yerə isə Neftçi İdman Klubu layiq görülüb. 14 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir noyabr 29-dan dekabrın 1-dək davam edəcək qadınlar və kişilər arasında cüdo üzrə ölkə çempionatına seçim xarakteri daşıyır.

Qadınlar
52 kq

1. Ülviyyə Bayramova
2. Leyla Əliyeva
3. Xumar Qasımzadə
3. Çinarə Sadıqova

63 kq
1. Sevda Nəbiyeva
2. Ayan Əliyeva
3. Surə Hüseynova
3. Emilya Mirzəyeva

Kişilər
66 kq

1. Elşən Əsədov
2. Bəhram Qurbanlı
3. Nicat Nağıyev
3. Qasım Vəlizadə

81 kq
1. Roman Qarayev
2. Mehdi Abbasov
3. Sahib Çərkəzli
3. Nicat Sultanov

100 kq
1. Xəyyam Əliyev
2. Şamil Qasanov
3. Natiq Bəşirov
3. Vidad Əliyev

+100 kq
1. Araz Mehrəliyev
2. Elxan Tamirazov
3. Rauf Yadigarli
3. Əli Mahmudov

writer photo
Əlirza Əlirzalı
0