Rusiyanın Ufa şəhərində SSRİ idman ustası Farita Davletşinin xatirəsinə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü oğlanlar və qızlar arasında beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, "Lokojudo" uşaq liqasının "A" seriyası üzrə yarışa MDB-nin 9 ölkəsindən və Rusiyanın 30-dan çox respublika və bölgəsindən 900-dən çox idmançı qatılıb.
Turnirdə Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə regionlarından olan 18 idmançı iştirak edib. Azərbaycan cüdoçuları yarışda 2 bürünc medal qazanıb, 3 cüdoçumuz isə 5-ci yerə çıxıb.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının (ACF) regionlarla iş üzrə məsul şəxsi Ruslan Yunusov və məşqçi Nurlan Salmanzadə rəhbərlik edib. Region cüdoçularının yarışda iştirak etməkdə əsas məqsədi rəqabət səviyyəsini artırmaq və yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.