Cüdoçularımızın Paris olimpiadasındakı proqramı müəyyənləşib
18.07.2024 - 19:22
Cüdoçularımızın Paris olimpiadasındakı proqramı müəyyənləşib

Azərbaycan Cüdo Federasiyası Olimpiya proqramını təqdim edib.

Apasport.az xəbər verir ki, millimiz Parisdə mübarizəyə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) ilə başlayacaq.

Yarış hər gün Bakı vaxtı ilə saat 12:00-da start götürəcək. Günün ilk sessiyası saat 16:00-a qədər davam edəcək. Həlledici blok isə saat 18:00-a planlaşdırılıb.

Azərbaycanı bu yarışda 9 idmançı təmsil edəcək: Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (81 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (57 kq).

Azərbaycan cüdoçularının təqvimi, Paris 2024:

27 iyul
Balabəy Ağayev (60 kq)
Leyla Əliyeva (48 kq)

28 iyul
Yaşar Nəcəfov (66 kq)
Gültac Məmmədəliyeva (52 kq)

29 iyul
Hidayət Heydərov (73 kq)

30 iyul
Zelim Tçkayev (81 kq)

31 iyul
Elcan Hacıyev (90 kq)

1 avqust
Zelim Kotsoyev (100 kq)

2 avqust
Uşanqi Kokauri (+100 kq)

Qeyd edək ki, Olimpiadada 122 ölkədən 378 cüdoçu iştirak edəcək.

writer photo
Əlirza Əlirzalı
0