Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
05.10.2024 - 16:48
Azərbaycan cüdoçusu Əjdər Bağırov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, milli üzvü 100 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Ə.Bağırov bürünc medal uğrunda görüşdə iranlı Əli Reza Niksereştə qalib gəlib.
Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ikinci bürünc medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) mundialda üçüncü yerə sahib çıxıb.
0
0