Millimiz Malaqada təlim-məşq toplanışında
18.10.2024 - 00:56
Millimiz Malaqada təlim-məşq toplanışında

Azərbaycanın cüdo üzrə qadınlardan ibarət millisi Olimpiya təlim-məşq toplanışına qatılıb.

Apasport.az xəbər verir ki, oktyabrın 14-də start götürən hazırlıq Avropa Cüdo Birliyi tərəfindən təşkil olunub.

Hazırlıq prosesində Azərbaycanın qadınlardan ibərət millisinin 7 idmançısı iştirak edir. Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir. Təlim-məşq toplanışı 15-17 noyabrda Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Malaqa toplanışı ayın 19-da yekunlaşacaq.

writer photo
Əlirza Əlirzalı
0