Ölkəmizi Avropa çempionatında 19 cüdoçu təmsil edəcək
26.06.2024 - 09:56
Ölkəmizi Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandaları Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıqları başa vurub.

Apasport.az xəbər verir ki, Sofiya şəhərindəki yarışda ölkəmiz 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da təşkil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0