Azərbaycan Olimpiadada bu pillədə qərarlaşıb
11.08.2024 - 18:15
Azərbaycan Olimpiadada bu pillədə qərarlaşıb

Azərbaycanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tutduğu pillə məlum olub.

Apasport.az xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş, 3 bürünc medal olan Azərbaycan sıralamada Xorvatiya ilə birgə 30-cu pilləni bölüşüb.

Ümumilikdə 7 medal qazanan komandamız medal sayında Tokio Olimpiadası ilə bərabər nəticə göstərib.

Qeyd edək ki, qızıl medalları cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.

writer photo
Əlirza Əlirzalı
0