Azərbaycanlı hakimlər “Voyvodina”nın matçında
27.11.2023 - 12:24
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest Ağakişi ilə Emil Ağakişi daha bir təyinat alıb.
Apasport.az xəbər verir ki, təcrübəli referilər bu dəfə EHF Avropa Liqası turnirində ədalət təmsilçisi olacaqlar.
Ağakişi qardaşları yarışın qrup mərhələsində Serbiyanın “Voyvodina” və Şimali Makedoniyanın “Alkaloid” komandalarının görüşünü idarə edəcəklər. Qarşılaşma noyabrın 28-də Novı Sad şəhərinin “Sportska hala Slana Bara” arenasında təşkil olunacaq.
0
0