Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris-2024 Olimpiadasının açılışı ilə bağlı rəsmi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, açıqlamada qurumun baş verənlərdən rahatsız olduğu deyilib.
BOK-un açıqlamasında bildirilib: "BOK Paris-2024 Təşkilat Komitəsinə açılışla bağlı ünvanlanan narazılıqları diqqətdə saxlayıb. Təşkilatçılar gündəlik brifinqdə bildiriblər ki, mərasim zamanı hər hansı dini qrup və inanca qarşı hörmətsizlik məqsədi olmayıb. Onlar açılışın cəmiyyətlə bağlı olduğunu təsdiqləyiblər. Təşkilat Komitəsi narahatlıq duyulan səhnələrin məqsədli olmadığını və bundan peşmançılıq hiss keçirdiklərini deyiblər".
Qeyd edək ki, Olimpiya Oyunlarının açılış marəsimində nümayiş olunan səhnələr dünya ictimaiyyəti tərəfindən ciddi tənqidlə üzləşib. Müxtəlif təşkilatlar və siyasi xadimlər Fransanın təşkilatçılığını yolverilməz olduğunu açıqlayıblar.