Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
28.03.2024 - 15:54
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu İndoneziyanın "Qresik Petrokimya" komandasına keçib.
P.Rəhimova son olaraq Türkiyə təmsilçisi "Karayolları"nın formasını geyinib.
O, daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliya çempionatlarında da çıxış edib.
0
0