Gimnastlarımızdan növbəti qızıl medal
22.09.2024 - 15:56
Gimnastlarımızdan növbəti qızıl medal

Akrobatika gimnastikası üzrə Gimarayşda keçirilən dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması bu gün turnirdə növbəti uğuruna imza atıb.

Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü qızıl medala sahib çıxıb. Təmsilçilərimiz qarışıq hərəkətlər zamanı 29,080 bal toplayıblar. Onlar bu nəticə ilə Ukrayna və KXDR idmançılarını geridə qoyublar. Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü balans hərəkətləri zamanı da fəxri kürsünün ən yüksək piləsində yer alıb.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0