Norris nədən narazıdır?
13.07.2023 - 22:21
Norris nədən narazıdır?

“Formula-1”də 2024-cü il mövsümündə 24 Qran-Pri təşkil ediləcək.

Apapsort.az saytı xəbər verir ki, bəzi pilotlar yarışların sayının artırılmasından narazıdır.

Onlardan biri “Maklaren” pilotu Lando Norrisdir. O, mövsümdə ideal yarış sayının 20 civarında olmasının tərəfdarıdır: “24 Qran-Pri kifayət qədər çoxdur. Mənə qalarsa, 20 yarış ideala yaxındır. Bütün trasslara eyni ildə səfər etmək lazım deyil. Müxtəlif mövsümlərdə müəyyən olunan şəhərlərə getmək olar”.

Qeyd edək ki, hazırki mövsümdə 22 Qran-Prinin keçirilməsi nəzərdə tutulub.
 

writer photo
Əlirza Əlirzalı
0