Norveç MOK rusların beynəlxalq yarışlara buraxılmasının əleyhinədir
27.01.2023 - 22:20
Norveç MOK rusların beynəlxalq yarışlara buraxılmasının əleyhinədir

Norveç Milli Olimpiya Komitəsi (MOK) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması ilə razılaşmır.

Apasport.az xəbər verir ki, Norveç MOK bununla bağlı məlumat yayıb:

"Norveç Milli Olimpiya Komitəsi rusların və belarusların beynəlxalq yarışlarda iştirakını istəmir.

Ötən fevral ayından biz Rusiya və Belarusun iştirakına icazə verib-verməmək barədə dəqiq mövqe tutmuşuq: indiki vəziyyətdə bu, düzgün deyil və biz bunu etməməyi qətiyyətlə tövsiyə edirik. Bu mövqe dəyişməyib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarusa qarşı sanksiyaların qüvvədə qaldığını bildirib. Eyni zamanda, müxtəlif yanaşmalar öyrənilir. Belə ki, Rusiya və Belarus idmançılarına yenidən yarışlarda iştirak etməyə icazə verilsin. Göründüyü kimi, əksər Olimpiya komitələri bu istiqamətdə işi davam etdirməyə razıdırlar.

Vəziyyət qeyri-müəyyəndir və daim dəyişir. BOK bu məsələ ilə bağlı yekun qərar verməyib”.

writer photo
Əlirza Əlirzalı
0