2030-cu ildə keçiriləcək Olimpiya Oyunlarının yerinin müəyyənləşəcəyi tarix bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin oktyabrda təşkil olunacaq sessiyasında veriləcək.
Hindistanın Mumbai şəhərindəki tədbir oktyabrın 14-17-də baş tutacaq. Qış Olimpiya Oyunlarını keçirmək istəyində olan şəhərlər arasında seçim ediləcək. Kanadanın Vankuver və Uistler şəhərləri, həmçinin Sapporo (Yaponiya) və Solt-Leyk-Siti “Ağ Olimpiada”ya iddia edir.
Qeyd edək ki, 2024-cü ildə Paris yay, 2026-cı ildə Milan və Kortina Dampetso qış, 2028-ci ildə Los-Anceles yay Olimpiadasına ev sahibliyi edəcək.