Olimpiya çempionu 28 yaşında karyerasını bitirdi
31.03.2023 - 23:48
Yaponiyalı Olimpiya, dünya və dördqat Asiya çempionu olmuş yaponiyalı güləşçi Sara Doso karyerasını bitirdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 2016-cı ilin Olimpiya çempionu 28 yaşında karyerasını bitirdiyini Tvitter hesabında bildirib.
Qeyd edək ki, 2018-ci ildə çiynindən ciddi zədə almış Sara Doso heç vaxt tam əvvəlki formasına qayıda bilməyib.
0
0