4-cü Avropa Gimnastikası “Challenge”i tədbiri keçirilib
13.07.2024 - 17:50
4-cü Avropa Gimnastikası “Challenge”i tədbiri keçirilib

Bu gün Norveçin Bodo şəhərində 11 ölkədən “Gimnastika hamı üçün” növünün təmsilçisi olan 1250 gimnast həyat naminə 4-cü Avropa Gimnastikası “Challenge”i tədbirində bir araya gəlib.

Apasport.az xəbər verir ki, tədbirin açılış mərasimində Avropa Gimnastikasının prezidenti, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Tədbirin əsas məqsədi gimnastikanın birləşdirici gücünü nümayiş etdirmək, eləcə də yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq hər kəsin bu idman növündə özünü sınaya biləcəyini göstərməkdir. Qeyd edək ki, “Challenge”də iştirak edən bütün komandalar medal və diplomlarla təltif edilir. 

“Challenge”də Azərbaycan milli komandasının üzvləri də çıxış ediblər. Tədbir çərçivəsində Fərid Qayıbov Azərbaycan idmançıları ilə görüşüb və onlara uğurlar arzulayıb. 

Azərbaycan gimnastları “Challenge”in ardınca 14-18 iyul tarixlərində baş tutacaq “EUROGYM 2024” tədbirində də iştirak edəcəklər.

writer photo
Əlirza Əlirzalı
0