"Zirə"nin müdafiəçisi Ange Mutsinzi Ruanda yığmasının heyətində növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, onun komandası Afrika Millətlər Liqasının seçmə mərhələsində Liviya ilə qarşılaşıb.
Mutsinzi 5-ci tur çərçivəsində baş tutan oyunda 90 dəqiqə meydanda olub. Qonaqlar sona yaxın görüşün taleyini həll edən yeganə topu vurublar. Autsayderlə görüşdə gözlənilməz məğlubiyyət Ruanda yığmasının növbəti mərhələyə yüksəlmək şansını minimuma endirib.
Qeyd edək ki, 5 oyundan sonra 5 xal toplayan ruandalılar 3-cü pillədə qərarlaşıblar. Angenin komandası son turda Nigeriyanın qonağı olacaq.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda