Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda fərdi yarışlar üzrə finallara start verilib.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz halqa və topla çıxışda medalçılar sırasına düşə bilməyiblər.
Yığmanın lideri Zöhrə Ağamirova halqa ilə çıxışda 8-ci yeri tutub. O, 31,650 bal toplayıb. Bu növdə ən yüksək nəticəyə Sofiya Raffaeli (İtaliya, 35,050) imza atıb. Boryana Kaleyn (Bolqarıstan, 33,600) 2-ci, Dera Tuqulukova (Kipr, 33,100) 3-cü pillədə yer alıb.
Zöhrə topla çıxışında 33,350 balla 6-ci olub. Qızıl medalı Boryana Kaleyn (Bolqarıstan, 34,350) qazanıb.
Təmsilçimiz lentlə çıxış zamanı medalın bir addımlığında olub. Ağamirova Avropa kubokunu 4-cü pillədə başa vurub. Bolqarıstanlı Boryana Kaleyn qızl, kiprli Dera Tuqulukova gümüş, italiyalı Sofiya Raffaeli isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, Azərbaycan qup hərəkətlərində çöxnüvçülükdə Avropa kubokunun bürünc medalına sahib çıxıb.