Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına bu gün yekun vurulub.
Apasport.az xəbər verir ki, mundialda 4 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.
55 kq çəki dərəcəsində dünya çempionumuz Eldəniz Əzizli növbəti titul uğrunda xalçaya çıxıb. O, Azərbaycan tarixinə düşmək üçün iranlı Poya Marza ilə qarşılaşıb. Eldəniz xalların keyfiyyətinə görə (1:1) qalib gələrək 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.
63 kq çəki dərəcəsində Nihat Məmmədli finalda qazaxıstanlı Yerjet Jarlikassinlə münasibətinə aydınlıq gətirib. Güləşçimiz 6:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
72 kq çəki dərəcəsində Ülvü Qənizadə final görüşünə çıxıb. O, qızıl medallar uğrunda fransalı İbrahim Qanemlə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.