AGF yeni layihəyə start verib
04.11.2024 - 20:29
AGF yeni layihəyə start verib

Azərbaycan Güləş Federasiyası ölkədə güləşin inkişafını sürətləndirmək və bu sahədə keyfiyyəti artırmaq məqsədilə növbəti layihəyə start verir.

Apasport.az xəbər verir ki, noyabrın 5-dən dekabrın 10-dək güləş məşqçiləri üçün Ümumrespublika seminarı keçiriləcək.

Ötən il olduğu kimi, bu il də seminar ölkənin bütün bölgələrini əhatə edəcək. Seminar çərçivəsində milli komandalarımızda çalışan mütəxəssislər və hakimlərimiz nəzəri və praktiki məşğələlərdə öz təcrübələrini məşqçilərlə bölüşəcək, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və s. mövzuda geniş məlumat verəcəklər. Məqsəd ölkənin müxtəlif bölgələrinin idman məktəblərində, cəmiyyət və təşkilatlarda işləyən güləş məşqçilərinin bilik və bacarığını daha da təkmilləşdirməkdir. 

Qeyd edək ki, ilk belə tədbir sabah Naxçıvan şəhərində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0