Daha 5 güləşçimiz mübarizəyə qoşulur
22.10.2024 - 09:51
Daha 5 güləşçimiz mübarizəyə qoşulur

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Bu gün daha 5 çəkidə döyüşlərə start veriləcək. Azərbaycan millisinin 5 idmançısının ikisi təsnifat, üçü isə 1/8 finaldan güləşməyə başlayacaq.

55 kq çəki dərəcəsində Rəşad Məmmədovun 1/8 finalda Denis Sullivan (ABŞ) – Dieymer Xose Reyes (Venesuella) cütünün qalibini gözləyir.

63 kq çəki dərəcəsində Ziya Babaşov 1/8 finalda Mairbek Salimov (Polşa) – Conatan Qurule (ABŞ) duelinin güclüsü ilə güləşəcək. 

77 kq çəki dərəcəsində Xasay Həsənli ilk mərhələdə ermənistanlı Martik Petrosyan ilə qarşılaşacaq.

87 kq çəki dərəcəsində Cocu Səmədovun ilk rəqibi Adam Mateus Qardziola (Polşa) olacaq.

130 kq çəki dərəcəsində Sərxan Məmmədov Pavel Hlinçukla (AİN) üz-üzə gələcək. 

Qeyd edək ki, dünya çempionatının ilk günündə xalçaya çıxan güləşçilərimizdən üçü bürünc medal şansını qoruyur. Mundiala oktyabrın 27-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0