Güləşçilərimiz Rusiyadakı turnirdə mübarizə aparacaqlar
12.06.2024 - 11:33
Güləşçilərimiz Rusiyadakı turnirdə mübarizə aparacaqlar

Azərbaycan güləşçiləri Rusiyanın Kazan şəhərində keçiriləcək BRİCS Oyunlarında iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, iyunun 17-18-də sərbəst güləşçilər çıxış edəcək.

Məşqçilər Nazim Əlicanovla Əşrəf Əliyevin rəhbərliyi altında Mahir Məmmədzadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Orxan Abasov (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Şamil Zubairov (92 kq), Qadjimurad Maqomedsaidov (97 kq) və Ayxan Mərdanov (125 kq) uğur qazanmağa çalışacaq.

Ayın 18-19-da Yasəmən Məcidli (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Mərziyə Sadıqova (72 kq) qadın güləşi üzrə yarışda gücünü sınayacaq. Məşqçi Solmaz Adilova olacaq.

İyunun 19-20-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Məşqçilər Elvin Mürsəliyevlə Zöhrab Abbasovun rəhbərlik etdiyi heyətdə Fərid Sadıxlı (55 kq), Vədat Qasımlı (60 kq), Ziya Babaşov (63 kq), Təvəkgül Həziyev (67 kq), Urfan Həsənli (72 kq), Kənan Abdullazadə (77 kq), Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

BRİCS Oyunlarında II dərəcəli beynəlxalq hakim Əli Babayev ədaləti qoruyacaq.

writer photo
Əlirza Əlirzalı
0