Güləşçilərimiz üçün 2 medal şansı
23.10.2024 - 20:00
Güləşçilərimiz üçün 2 medal şansı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan millisi 5 çəkidən 3-də təmsil olunub. Hər 3 idmançımız ilk qarşılaşmasında məğlub olub.

50 kq çəki dərəcəsində Elnurə Məmmədova 1/8 finalda Umi İto (Yaponiya) ilə qarşılaşıb. Görüş rəqibin 12:2 hesablı qələbəsi ilə yekunlaşıb. Elnurənin rəqibi finala yüksəldiyindən o, təsəlliverici görüşlərə qatılacaq.

55 kq çəki dərəcəsində Gültəkin Şirinova startda qırğızıstanlı Aruuke Kadirbek Kiziyə 5:9 hesabı ilə uduzub.

59 kq çəki dərəcəsində Gülər Məmmədova 1/8 finalda hindistanlı Anjli Anjli ilə güləşib və 0:10 hesabı ilə məğlub olub. Hindistan güləşçisinin finala vəsiqə qazanması Gülərə medal qazanmaq şansı yaradıb.

Qeyd edək ki, mundialda yeganə bürünc medalı hələlik yunan-Roma güləşçisi Nihat Quluzadə (60 kq) qazanıb. Rəşad Məmmədov (55 kq) adını finala yazdırıb, Xasay Həsənli (77 kq) isə 3-cü yer uğrunda gücünü yoxlayacaq.

Mundiala oktyabrın 27-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0