Güləşçimiz dünya çempionatının finalında
24.10.2024 - 19:51
Güləşçimiz dünya çempionatının finalında

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində Jalə Əliyeva ilk mərhələdən yarışa qoşulub. 1/8 finalda ukraynalı Alina Filipoviçi 7:4 hesabı ilə məğlub edən güləşçimiz ardınca türkiyəli Sevim Akbaşdan da üstün olub - 10:0. O, yarımfinalda Sofia Makaluso (ABŞ) ilə üz-üzə gəlib. 10:0 hesabı ilə qalib gələn Jalə adını finala yazdırıb.

62 kq çəki dərəcəsində Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbeklə qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən güləşçimiz ikinci görüşündə Viktoriya Vessoya (Estoniya) uduzub - 1:7.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0