Güləşçimiz üçün bürünc medal şansı
31.10.2024 - 19:53
Güləşçimiz üçün bürünc medal şansı

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına yekun vurulacaq.

Apasport xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə başlayıb.

61 kq çəki dərəcəsində Nurəddin Novruzov təsəlliverici görüşdə Peter Hammerlə (Kosta-Rika) qarşılaşıb. 14:4 hesabı ilə qalib gələn güləşçimizin növbəti rəqibi Jozef Silva (Puerto-Riko) olub. O, 3-cü yer uğrunda Tsoqbadrax Tsevensurenla (Monqolustan) üz-üzə gələcək.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0