“Qarabağ” III mərhələdə
06.10.2024 - 18:11
“Qarabağ” III mərhələdə

Qadın həndbolçulardan ibarət “Qarabağ” avrokubok mövsümündə ikinci sınağına çıxıb.

Apasport.az xəbər verir ki, ilk qarşılaşmada qələbə qazanan təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində “Differdanj”la cavab oyunu keçirib.

Lüksemburq klubu ilə hər iki matç Bakıda baş tutub. Dünən ilk görüşdə rəqibini məğlub edən “Qarabağ” bu oyunda nominal qonaq sayılıb. Fasiləyə “Differdanj” üstün yollansa da, ikinci hissədə daha yaxşı oynayan təmsilçimiz 1 top fərqi ilə qalib gəlib - 26:25.

Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0