Paris-2024: İdmançılarımızın NƏTİCƏLƏRİ
30.07.2024 - 00:08
Paris-2024: İdmançılarımızın NƏTİCƏLƏRİ

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha beş idmançısı mübarizəyə qoşulub, biri ikinci görüşünə çıxıb.

Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.

İdmançılarımızdan 14-ü artıq Olimpiadaya start verib. Onlardan cüdoçu Hidayət Heydərov (73 kq) Fransa paytaxtında çempion olmaqla Azərbaycan himnini səsləndirib.

Digər milli üzvlərindən 8-i Paris-2024-lə vidalaşıb, 4-ü mübarizəsini davam etdirir. İki proqramda çıxış edəcək Ruslan Lunyov isə növbəti sınağı gözləyir.

25 iyul

Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finalda iştirak edəcək

27 iyul

Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət

Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət

Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb

Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer

Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət

28 iyul

Yaşar Nəcəfov (cüdo, 66 kq) – 1/16 finalda məğlubiyyət

Gültac Məmmədəliyeva (cüdo, 52 kq) – 1/16 finalda məğlubiyyət

Alfonso Dominqes (boks, 92 kq) – 1/4 finala yüksəlib

29 iyul

Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 2 məğlubiyyət

Hidayət Heydərov (cüdo, 73 kq) – qızıl medal qazanıb

Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda məğlubiyyət

Məhəmməd Abdullayev (boks, +92 kq) – 1/8 finalda məğlubiyyət

Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə

Malik Həsənov (boks, 63,5 kq) – 1/8 finalda məğlubiyyət

Qeyd edək ki, Olimpiada avqustun 11-də yekunlaşacaq.

writer photo
Əlirza Əlirzalı
0