Azərbaycan “Prezident Kuboku 2024”-ü 9 medalla başa vurdu
03.05.2024 - 14:53
Azərbaycan “Prezident Kuboku 2024”-ü 9 medalla başa vurdu

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub.

Apasport.az xəbər verir ki, idmançılarımız daha 3 medal qazanıblar. 

Nurlan Paşayev - Fariz Babayev (2006-2007-ci il təvəllüdlü), Məhəmməd Həsənov - Raul Şamilov (2010-2011-ci il təvəllüdlü) cütlükləri 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc medal qazanıblar. 

Son olaraq Niyaz Məlikov - Emil Zeynalov cütü (2008-2009) 100 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayıb. Azərbaycan idmançıları ümumilikdə 1 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.

writer photo
Əlirza Əlirzalı
0