Bukmeker kontorlarında növbəti böyük mərclər qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasının “Spartak” – “Rostov” oyunu bir neçə proqnozsevərin böyük məbləğdə uduzması ilə nəticələnib.
Betterlərdən biri XXV turun qarşılaşmasına 1 milyon rubl (21 min 300 manat) qoyub. O, risk edərək “1,5 Alt” təxmininə üstünlük verib.
Belə variantın əmsalı 2,02 olub. Matçın böyük hissəsi onun istədiyi məcrada keçib. Hesab 80-ci dəqiqədə açılıb. “Spartak”ın 90+4-cü dəqiqədəki bərabərlik qolu Moskva klubuna xal, kontora böyük qazanc gətirib.
Daha iki müştəri qələbəyə mərc etdiyinə peşman olub. Onlardan biri “Spartak”a 300 (6 min 390 manat), digəri “Rostov”a 200 min rubl (4 min 260 manat) qoysa da, tərəflərdən heç biri qalib gələ bilməyib.