“Arsenal”dan 60 milyonluq təklif
27.01.2023 - 16:24
“Arsenal”dan 60 milyonluq təklif

“Brayton”un futbolçusu Moyses Kaysedo daha bir nəhəngin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin ardınca “Arsenal”da yarımmüdafiəçiyə təklif göndərib.

“Topçular” 21 yaşlı futbolçu üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır. “Brayton” rəhbərliyi ekvadorlu oyunçunu heyətində saxlamaq istəyir. “Çelsi”nin 55 milyonluq təklifini rədd edən klub bu dəfə “Arsenal” variantını nəzərdən keçirir.

Qeyd edək ki, Kaysedə mövsümün 21 matçında 1 qol və 1 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0