Kuponunu 283 min 538 dollara SATDI
19.12.2022 - 13:04
Kuponunu 283 min 538 dollara SATDI

Yeddi turnirin çempionunun adını təxmin edən proqnozsevərin kimliyi və taleyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, xeyli əvvəl 21453 əmsallıq ekspress kupona 26 dollar qoyan better Daniel Forte olub.

O, NCAA, NBA, Premyer Liqa, A seriyası, Stenli kuboku və MLS-in qalibini düzgün müəyyənləşdirmişdi. Betterin 557 min 771 dollar uduşa sahib çıxması üçün DÇ-2022-nin finalının nəticəsi önəmli idi.

Daniel Fransanın çempionluğunu təxmin edib. Amma bukmeker kontorları oyunun başlamasına saatlar qalmış kuponu satmaq təklifi irəli sürüb.

Argentina və Fransanın gücünü götür-qoy edən Forte 283 min 538 dollarlıq təkliflə razılaşıb. O, bu addımında yanılmayıb. Sonda penaltilər seriyasında dəqiq olan cənubi amerikalılar çempion adını qazanıb.

2022-ci ilin basketbol üzrə NCAA çempionu – “Kanzas”
2022-ci ildə MBA çempionu – “Qolden Steyt Uorriors”
2022-ci ildə Stenli kubokunun qalibi – “Kolorado Evelanş”
2021/22 mövsümündə İtaliya A seriyasının çempionu – “Milan”
2022-ci ildə MLS çempionu – “Los-Anceles”
2021/22 mövsümündə İngiltərə çempionu – “Mançester Siti”
2022-ci il dünya çempionu – Fransa


 

writer photo
Əlirza Əlirzalı
0