Bu gün İngiltərə Premyer Liqasında Mançester derbisi baş tutacaq.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”lə “Mançester Siti”nin matçına proqnoz açıqlanıb.
Rusiya millisinin və “Tottenhem”in sabiq futbolçusu Roman Pavlyuçenko oyuna mərc edib. O, təkli kupon üçün 4,15 əmsallıq variant təklifi irəli sürüb:
Kriştiano Ronaldosuz “Mançester Yunayted” daha yaxşı təsir bağışlayır. Komanda yaxşı temp yaxalayıb.
“Şəhərlilər”ə bu matçda qalib gəlmək heç də asan olmayacaq. Pep Qvardiolanın yetirmələri xal üçün mübarizə aparacaq.
Qonaqlar üçün məğlubiyyət titul mübarizəsində böyük zərbə olacaq. Görüşün qarşılıqlı hücumlarla və gərgin mübarizədə keçəcəyini düşünürəm. Hesab edirəm ki, derbidə qalib olmayacaq.
Proqnozum: X