"Mançester Siti" Londonda penalti qolu ilə qalib gəldi
11.03.2023 - 23:32
İngiltərə çempionluğu üçün mübarizə aparan "Mançester Siti" Premyer Liqanın XXVII turu çərçivəsində Londonda "Kristal Pelas"ın qonağı olub.
Apasport.az xəbər verir ki, İlkay Gündoğana qarşı edilən kobudluğa görə "Siti"nin hücumçusu Arlin Holan 78-ci dəqiqədə penaltidən fərqlənib. Bu, Norveç
millisinin futbolçusunun Premyer Liqada vurduğu 28-ci qol olub.
Bununla da "şəhərlilər" lider "Arsenal"la xal fərqini 2-yə endirib. "Arsenal" sabah London derbisində "Fulhem"in qonağı olacaq.
0
0