Məşhur reperdən 512 min dollarlıq UDUŞ
14.02.2023 - 00:41
Məşhur reperdən 512 min dollarlıq UDUŞ

Məşhur reper Dreyk bukmeker kontorlarında növbəti böyük uduşuna sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, kanadalı müğənni Milli Futbol Liqasının Superboulunda mərc edib.

O, “Filadelfiya İqls” və “Kanzas Siti”nin oyununa 7 müxtəlif variantlı kupon yazıb. Dreyk bu mərclərə ümumilikdə 965 min dollar yatırıb.

Bu təxminlərdən yalnız biri düz çıxıb. “Kanzas Siti”nin 38:35 hesablı qələbəsi 2,11 əmsala bərabər olub. Belə variant 36 yaşlı reperə 1 milyon 477 min dollar gətirib. Dreyk Superbouldan ümumilikdə 512 min qazancla ayrılıb.

Kanadalı sosial şəbəkədə paylaşdığı kuponlarına şərh verib: “Mənim ağlasığmaz mərclərim. Onları analiz edib məntiq axtarmayın. O, yoxdur”.

writer photo
Əlirza Əlirzalı
0