Norveçdə qələbə, Peruda ÜST
31.05.2022 - 15:31
Norveçdə qələbə, Peruda ÜST

Bu gün Peru Aperturasında və Norveç III liqasında oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Tansu Gürsel günün matçlarından ekspress kupon hazırlayıb.

Ümumilikdə 3 görüş seçən türkiyəli mütəxəssis 4,02 əmsallıq kupon təklif edib. O, fikrini belə əsaslandırıb:

“Norveç aşağı liqasında “Vidar” öz meydanında uğursuz nəticələr göstərir. Bunun fonunda rəqib son 8 matçda qələbə qazanan “Brann”ın ikinci komandası olacaq. Liderin bu görüşdən də 3 xalla dönməsini gözləyirəm.

Çempionatın digər görüşü öncəsi “Ridi” mövsümə problemlərlə yaşlayıbsa, “Qrorud-2” son iki görüşdə qapısında ümumilikdə 6 qol görüb. Ancaq statistikaya baxsaq, nisbətən ev sahibləri şanslı görünür. “Qrorud-2”nin meydan amilindən yararlanacağını düşünürəm.

Peru elitasında “Kaxamarka” qol yollarında sıxıntı yaşamasa da, müdafiədə etibarlı görünmür. Komanda son 11 çempionat görüşündə 26 top buraxıb. “Binasional” rəqibi ilə müqayisədə daha intizamlı və stabil çıxış edir. “Binasional” bu qarşılaşmada da qolsuz qalmayacaq və matçda 2-dən çox top qeydə alınacaq”.

“Vidar” – “Brann-2”: 2
“Qrorud-2” – “Ridi”: 1
“Kaxamarka” – “Binasional”: ÜST

writer photo
Əlirza Əlirzalı
0